Русский English
Get Adobe Flash player

 

İçməli su sağlıqlı və nadir bir təbii sərvətdir. İstehsal olunan içməli su nə qədər saf və sağlıqlı olursa olsun, evinizdəki su kranına gələnə qədər şəffaflığında və dadında itkilər olur, keyfiyyəti azalır. Bəs içməli suyun sahib olduğu təbii keyfiyyətini və duruluğunu necə qaytarmaq olar? İçməli suyun topladığı və özüylə birlikdə gətirdiyi bu çirkləri filtr vasitəsilə tam təmizləmək mümkündür. Xüsusən də su qaynaqlarının azalması səbəbilə su təmizləmə sistemlərinə böyük ehtiyac var. Bu sahədə 15 illik təcrübəyə malik şirkətimiz 2009-cu ildən AQUATECH adıyla fəaliyyət göstərir. 


AQUATECH su təmizləmə sistemləri sektorunda ən etibarlı markalarla və öz sahəsində dünyanın ən keyfiyyətli məhsullarını istehsal edən firmalarla əməkdaşlıq edir. AQUATECH-in əsas məqsədi müştərilərinə ən sərfəli şərtlərlə yüksək keyfiyyətli və etibarlı xidmət təqdim etməkdir. Mənzil, bağ evi, ofis, kafe, restoran, biznes sahələri, fabrik və zavodlar üçün su təmizləyici sistemlər təklif etməklə yanaşı, onun montajı, xidmət, suyun tənzimlənməsi şirkətimiz tərəfindən həyata keçirilir və tam zəmanət verilir. Aparıcı istehsalçılardan yalnız yüksək keyfiyyətli avadanlıq bizim əsas prinsipimizdir.


Biz təklif edirik:

Filtr sistemləri (separator filtrlər, torba filtrlər, multimedia filtrlər, dəmir və manqan filtrlər, aktiv karbon filtrləri)

Yumşaldıcı sistemlər (təkli yumşaldıcı sistem, ikili yumşaldıcı sistem)

Tərs osmoslu məişət sistemləri

Çirkab suları təmizləmə sistemləri

Ultrabənövşəyi filtrasiya sistemləri

Atlas filtr qrupu məhsulları

Kimyəvi dozaj və ozonlama sistemləri


AQUATECH-in əsas üstünlükləri:

Daha təmiz, şəffaf və yüngül su

Suyun yüksək keyfiyyəti

Sınanmış effektivlik

Ən yeni texnologiya

Çoxillik təcrübə ilə təsdiqlənmiş nəticə

Təkmilləşdirilmiş rahatlıq

 

Bizimlə əlagə


Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi davamı
Tel.: (+994 12) 464 87 05
Faks: (+994 12) 46 87 06
Rahim Məmmədov
Direktor
Mob.: (+994 55) 505 65 55
E-mail: aquatech.az@gmail.com